Dünyanın malı şirindi yaman

Qardaşın üstünü kədər alanda,
Qəm-qüssə qardaşa kölgə salanda,
Dəryanın üzündə tənha qalanda,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Həyatın əzabı dərindən-dərin,
Dizini qatlayır böyük bir nərin.
Əhvalı bəd olsa,parlaq səhərin,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Bu dünyanın malı şirindi yaman.
Başının üstünü alarsa duman,
O səni istəyən,o səni sayan,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Hər kəsə deyirlər,əzizdir anan,
Bacıdır,qardaşa ana tək yanan.
Əgər dara düşsən inan,sən inan,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Bacıya həm qardaş,həm ata olan,
Şirin yuxu kimi gözünə dolan,
Qardaş hesabına qələbə çalan,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Bu həyat insanın ziddinə gedir,
Hərəni bir cürə imtahan edir,
Mən deyim sözümü,yaz,sətir-sətir,
Bacı da qardaşdan üz döndərərmiş.
******
Nəyə arxalanaq,nəyə sevinək?
De nədən danışaq,de nəyə dinək?
Bacının etdiyi oğluna örnək.
Bacı da qardaşdan üz döndərərmiş.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Texniki Universitetin İqtisadiyyat və İdarəetmə fakültəsinin tələbəsi.