02 May 2025 16:52
285
MƏMLƏKƏT

Zülmətə bürünmüş bir topluma 1 şam bəs edərmi?

Bir neçə gün əvvəl "Şarmazanovun korazehin müqayisəsi:"Azərbaycan artsaxın bayrağını..."adlı bir məqalə hazırlamışdım. Məqaləni özünü politoloq hesab edən "Respublika" Partiyasının üzvü Eduard Şarmazanova həsr etmişdim. Deməli, uydurma erməni soyqırımı nağıllarının ildönümündən bir gün əvvəl İrəvanda keçirilən məşəl yürüşü zamanı Türkiyə və Azərbaycan bayraqlarını yandırılmışdı.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu hadisəni pislədi və bunu təxribat adlandırdı. Şarmazanov Paşinyanın bu fikrinə etiraz edərək "artsax"ın bayrağının da Azərbaycan liderinin tapdaladıgını bildirmişdi və onun bu siyasi korazehinliyini hədəf alan məqaləmdə tənqid etmişdim. (Ətraflı bu likdədir: https://www.adalet.az/index/posts/detail/sarmazanovun-korazehin-muqayisesiazerbaycan-artsaxin-bayragni-1745485373)
Məqaləni sosial şəbəkə hesabımda əsəbi şəkildə paylaşdıqdan az bir müddət sonra hər zaman dürüst, tərəfsiz paylaşımlarına görə revanşist və separatçı ermənilərin hücumuna məruz qalan erməni blogger Natali Aleksanyan Şarmazanovla bağlı paylaşımımın rəy bölümündə Şarmazanovla bağlı fikirlərini açıqladı:"Ermənistan Respublikasında Şarmazanov heç kimdir — keçmiş rejimin növbəti kuklası, hansı ki, hələ də diqqət çəkməyə çalışır boş sözləri ilə. Onun adı xalq tərəfindən çoxdan rədd edilmiş bir sistemi xatırladır və bu gün də onun mövcudluğu maraqdan çox, yazıq hissi doğurur".

Bu videonu da rəy bölümünə əlavə etdi.

Və elə o gündən anladım ki, Natali Aleksanyan " böyük Ermənistan" arzusu ilə əlinə silah alıb qonşu torpağına hücum edən, günahsız insanları öldürən, dini, dili özündən olmayan tayfaları soyqırıma məruz qoyan , deportasiya edən, ohonyanlardan, balasanyanlardan, melkonyanlardan, sərkisyanlardan , koçaryanlardan daha çox, lap çox məntiqlidir, ağıllıdır, dünyagörüşlü və vətənpərvərdir. Çünki Natali Ermənistanı sevir, öz soydaşlarına ürəyi yanır. Öz xalqının qanına susamış njdelərin, andraniklərin , şaumyanların axmaq ideyalarının arxasınca qaçıb qırılmasını istəmir.
Natali çətinliklə də olsa, "böyük Ermənistan" və uydurma erməni soyqırımı yalanları ilə beyni yuyulmuş ermənilərə rahat: savaşsız, ölümsüz, itkisiz yaşamağın yolunu göstərmək üçün özünü o qaranlıq yollarda şama çevirir. Yanan Şam elə ziyalı deməkdir. İlk dəfədir ki, ermənilər tərəfdən bir beyni yuyulmamış , işıqlı təfəkkürə malik bir fərd gördüm.

Nataliyə tutduğu yolda uğurlar arzu edirəm. O revanşist, separatçı, terrorçu beynləri sağaltsa, nə xalqı gözünün qarşısında qırılmayacaq, nə də qonşular narahatlıq keçirməyəcək... Buna ümid edirəm.

 Əntiqə Rəşid