Süni intellekt bu ölkədə partiya lideri olacaq

Süni intellekt (AI) Yaponiyanın “Dirçəlişə aparan yol” siyasi partiyasının yeni lideri olacaq.
Adalet.az xəbər verir ki, partiyanın əvvəlki rəhbəri Şinji İşimaru iyulda Yaponiya parlamentinin yuxarı palatasına keçirilən seçkilərdə ittifaqın uğursuz nəticələrinə görə tutduğu vəzifədən istefa verib. Onun yerinə 25 yaşlı aspirant Koki Okumura seçilsə də, sonuncu səlahiyyətlərini süni intellektə ötürmək qərarına gəlib. Tələbə özü isə yeni rəhbərin köməkçisi kimi çalışacaq.
Okumura əlavə edib ki, süni intellektin partiyanın işinə tətbiqi ilə bağlı detallar hələ müəyyən edilməyib. Lakin onun fikrincə, süni intellekt fraksiya üzvlərinin siyasi fəaliyyətinin xarakterini müəyyən etməyəcək. Bunun əvəzinə texnologiya, birliyin üzvləri arasında resursların bölüşdürülməsi kimi vəzifələri yerinə yetirəcək.
Digər Xəbərlər

Ukrayna onları Rusiyadan geri aldı

Qəzzada ölənlərin sayı 65 mini keçdi

Rusiyanın Prezident Administrasiyasında istefa

Trampın təyyarəsi təhlükə ilə üzləşib - VİDEO

Putin Modi ilə danışdı: Bu tarixdə Hindistan səfəri...

Zelenski ABŞ-yə səfər edəcək

Avropa Komissiyası HƏMAS-ın 10 nümayəndəsinə qarşı sanksiyalar təklif edib
