Sülh üçün İranın ŞƏRTLƏRİ
İran sülhə nail olmaq üçün ABŞ və İsrailə tələblərini açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə TASS İranın Rusiyadakı səfiri Kazım Cəlaliyə istinadən məlumat yayıb.
Qeyd olunur ki, siyahı 4 bənddən ibarətdir: ABŞ və İsrailin təcavüzə son qoyması, münaqişənin daha da gərginləşməsinin qarşısını almaq üçün zəmanət verilməsi, maddi və mənəvi zərərin kompensasiyası, həmçinin İranın Hörmüz boğazındakı hüquqi yurisdiksiyasına hörmət edilməsi.
Cəlali həmçinin digər ölkələrin vasitəçilik səylərinə görə təşəkkür edib, lakin təhlükə aradan qaldırılana qədər münaqişəni davam etdirməyə hazır olduğunu bəyan edib.
"İran regionda sabitlik və təhlükəsizliyin bərqərar edilməsi üçün istənilən konstruktiv və səmimi səyləri həmişə alqışlayıb. İran təhlükə mənbəyi tam aradan qaldırılana qədər özünümüdafiə hüququnu həyata keçirməyə davam edəcək", - Cəlali bildirib.
Digər Xəbərlər
01 Aprel 2026 19:43
Paşinyan: Qarabağ hərəkatı davam etdirilməməlidir
01 Aprel 2026 19:06
"Ermənistan tezliklə Azərbaycan vasitəsilə Rusiyaya mal ixrac edəcək" - Paşinyan
01 Aprel 2026 18:51
Putin: Paşinyan və İlham Əliyevin səyləri sayəsində İrəvan və Bakı...
01 Aprel 2026 17:27


Bakı -°C

