03 Iyun 2025 13:16
308
ŞOU-BİZNES

Snoop Doqq ermənilərin pulunu hələ də qaytarmayıb:6 milyon dollar

Amerikalı repçi, dünyanın ən məşhur ulduzlarından biri Snup Doqq Ermənistana borclu olduğu pulu qaytarmaq fikrində deyil.

 

 Adalet.az xəbər verir ki,  bu ilin may ayında məsələ ilə bağlı jurnalistlərin suallarını cavablandıran təhsil, elm və mədəniyyət naziri Janna Andreasyan  gileylənib. O bildirib ki, Snoop Doqqun konsertinin təşkili üçün ayrılan pul hələ də dövlət büdcəsinə qaytarılmayıb .


 Xatırladaq ki, hələ 2023-cü ilin yayından Ermənistana gəlməsi ilə bağlı məlumat yayılsa da indiyənə qədər onun İrəvana səfəri və ya konserti baş tutmayıb. Konsertin konsert 2023-cü ilin sentyabrında baş tutacağı iə bağlı xəbər tirajlayan erməni mediası onu da qeyd etmişdilər ki, repçiyə 2,3 milyard dram ödənilib.
Sonra məlum oldu ki, Snoop Doqqun konserti "artsax"da baş verən hadisələrlə əlaqədar baş tutmayıb, lakin bütün qonorar repçiyə çatsa da Doqq pulu qaytarmayıb.
Erməni mediası narahatlıqla Təhsil və Mədəniyyət Nazirliyindən konsertin olub-olmayacağı, dövlət büdcəsindən konsert üçün ödənilən pulların qaytarılıb-qaytarılmayacağı ilə bağlı dəfələrlə  sorğu-sual edib və cavab belə olub:

“2024-cü il fevralın 15-də Ermənistan Hökuməti Fevralın 19-da Təhsil və Mədəniyyət Nazirliyi ilə “Doping Space” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında dünya ulduzu Snoop Doqun konsertinin 218 nömrəli qərarı əsasında təxirə salınması ilə bağlı müqavilə imzalanıb. Hazırda “Doping Space” MMC konsertin tarixlərini dəqiqləşdirmək üçün müğənni ilə danışıqlar aparır".
Hətta ötən il “Doping Space” şirkətinin həmtəsisçisi, prodüser Makar Petrosyan ictimaiyyətə kədərlə bildirmişdi ki, Snoop Doqqun pulu qaytarmaq fikri yoxdur.

 Əntiqə Rəşid 

Repçi isə həqiqətən də hələlik nə pulu qaytarmaq fikrindədir, nə də konkret olaraq konsert verəcəyini deyir.
Qeyd edək ki, Ermənistan hökuməti amerikalı rep ifaçısı Snup Doqqun konsertinə 6 milyon dollardan çox vəsait ayırıb. Həmin məbləğdən 1,8 milyon dollar reperin qonorarını təşkil edir. Bundan başqa, 250 min dollar onun əlavə tələblərinə - yaşayış və digər məsələlərə xərclənməli idi.

 Əntiqə Rəşid