Kartlardan 9 min manatdan çox pul oğurlandı

Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edərək bank kartı məlumatlarının ələ keçirilməsi ilə bağlı oğurluq hallarına qarşı ehtiyatlı olmağa çağırır.
Adalet.az xəbər verir ki, iyunun 4-də daxil olan müraciətlər əsasında aparılan araşdırmalar nəticəsində bir sıra şəxslərin bank hesablarından qanunsuz yolla pul vəsaitlərinin çıxarıldığı müəyyən olunub. Oğurlanmış məbləğlər arasında 7000, 881, 464, 354, 300, 170, 100, 100, 70, 70 və 68 manat kimi rəqəmlər qeydə alınıb.
Bu cür cinayət halları adətən naməlum nömrələrdən gələn zəng və SMS-lər, habelə saxta saytlar və platformalar vasitəsilə həyata keçirilir. Şəxsi bank kartı məlumatlarını, xüsusilə, kartın nömrəsini, PIN kodunu, CVV kodunu və bir dəfəlik təsdiq (OTP) şifrələrini heç bir halda digər şəxslərlə, o cümlədən özünü bank və ya dövlət qurumu əməkdaşı kimi təqdim edən şəxslərlə paylaşmaq olmaz.
DİN vətəndaşları bir daha xəbərdar edir ki:
• Naməlum nömrələrə cavab verərkən ehtiyatlı olun,
• SMS və e-poçtlardakı şübhəli keçidlərə daxil olmayın,
• Heç bir halda bank kartı və mobil bankçılıq məlumatlarınızı paylaşmayın.
Qeyd edək ki, belə hallarla üzləşən şəxslər dərhal polis orqanlarına və banklara müraciət etməlidirlər.
Digər Xəbərlər

Toyda döyülmüşdü - 9 gün sonra öldü - VİDEO

Aprel döyüşləri zamanı aldığı tapşırıqları sadaladı

Keçmiş məhkumdan 2 kiloqram heroin götürüldü

Lerikdə itkin düşmüş şəxs qəsdən öldürülüb - BİRGƏ MƏLUMAT

74 yaşlı qadına qarşı zorakılıq və quldurluq edən şəxs saxlanıldı

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər

Cinayətdə şübhəli bilinən 55 nəfər saxlanıldı
