Mehriban Qənbərova: “Sonra deyəcək ki, səni mən tanıtdım”

Mehriban Qənbərova həmkarı əfa Şərifova ilə duet oxumaqdan imtina edib.
Adalet.az bildirir ki, M.Qənbərova belə təklif alsa da onu qəbul etməyəcəyini söyləyib:
“Mən öz zəhmətimlə bu yerlərə çatmışam. Hətta istənilən məşhur xanım mənə duet təklif etsə də heç zaman oxumaram. Vəfa ilə heç bir problemimim yoxdur qətiyyən. Bundan sonra tanınmış bir adamla oxumaram. Çünki, sonra mənə deyəcək ki, səni mən tanıtdım. Vəfa məndən əvvəl çıxıb efirlərə. Külli miqdarda pul xərcləyib tanınmağına. Bu gün sevilirsə, bu onun haqqıdır. Mən də bu gün sevilirəmsə bunu özüm qazanmışam”.
ƏNTİQƏ