Səhiyyə naziri məzunlarla görüşdə: "Azərbaycanın sağlam gələcəyi sizin əlinizdədir”

İyunun 20-də Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə 1 nömrəli Bakı Tibb Kollecinin tələbələrinin təntənəli “Məzun günü” tədbiri keçirilib. Tədbirdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
Tədbir Dövlət Himninin səsləndirilməsi və Ümummilli Lider Heydər Əliyevin, həmçinin Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanların xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
Səhiyyə naziri Teymur Musayev məzunları əlamətdar gün münasibətilə təbrik edərək, onların Azərbaycan səhiyyəsinin inkişafında mühüm rol oynayacaqlarına inamını ifadə edib: “Bu gün gərgin zəhmətinizin, yuxusuz gecələrinizin və təhsilə olan sədaqətinizin nəticəsidir. Bu tarixdən etibarən siz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli və məsuliyyətli missiyaya başlayırsınız. Orta tibb işçiləri tibbi xidmətin əsas sütunudur və onların peşəkarlığı səhiyyəmizə ciddi töhfə verir.”
Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın səhiyyəyə göstərdiyi xüsusi qayğını vurğulayan nazir qeyd edib ki, aparılan islahatlar və infrastruktur yenilənməsi nəticəsində ölkədə tibbi xidmətlərin keyfiyyəti əhəmiyyətli dərəcədə yüksəlib.
Teymur Musayev 1 nömrəli Bakı Tibb Kollecinin zəngin ənənələrə və müasir inkişaf yoluna malik olduğunu diqqətə çatdırıb. O, görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın bu təhsil ocağındakı fəaliyyətini xüsusi qeyd edərək bildirib: “Zərifə xanımın 1962–1969-cu illərdəki fəaliyyəti bu kollecin tədris səviyyəsinin yüksəlməsində mühüm rol oynayıb.”
Daha sonra kollecin direktoru Nailə Əliyeva da məzunları təbrik edərək, onların həm savadlı tibb işçisi, həm də məsuliyyətli vətəndaş kimi formalaşmasının təməl hədəf olduğunu qeyd edib. “İnanıram ki, məzunlarımız dövlətçiliyimizə və səhiyyəmizə sədaqətlə xidmət göstərəcək, kollecin adını daim uca tutacaqlar.”
Tədbirin sonunda məzunlar Hippokrat andı içərək, xalqa sədaqətlə xidmət edəcəklərinə söz veriblər. Təhsildə fərqlənən tələbələrə fəxri fərmanlar təqdim olunub.
Digər Xəbərlər

Azərbaycan və Çin cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım həyata keçirəcək
jpg-1750423896.jpg)
Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

DTX bu rayonda əməliyyat keçirdi - İcra başçısı saxlanıldı - YENİLƏNİB

Bakıda keçirilən Ombudsmanların Beynəlxalq Simpoziumunda Böyük Qayıdışla bağlı məlumat verilib

“Böyük Qayıdışda bərabərik” adlı maarifləndirmə tədbiri keçirilib

DİN: Bakıda UFC turnirində təhlükəsizlik təmin olunur

Pakistan İrandakı səfirliyinin əməkdaşlarını Azərbaycana təxliyə edib
