20 Iyun 2025 16:51
195
GÜNDƏM

Daşaltı cənnəti: Zülmətdən işığa, səfalətdən xoşbəxtliyə!

Düz 1992-ci ildən 2023-cü ilə qədər Şuşa yaxınlığında, necə deyərlər bir addımlığında yerləşən Daşaltı deyiləndə ürəyimiz qarışıq bütün vücudumuz sarsılıb, dözlərimiz dolub, dərindən bir ah çəkmişik.

Tam 33 il əvvəl ermənilərin Karintak adlandırdığı o kəndi də, oradakı erməni və rus yaraqlılarını da lənətləmişik. Çünki, Azərbaycan Ordusunun həyata keçirdiyi, ilk ən böyük və uğursuzluqla nəticələnən Daşaltı əməliyyatı məhz bu kənndə baş vermişdi. Ordumuz 1992-ci il yanvarın 25-i axşamdan 26-sı axşama qədər davam edən əməliyyatda 100-ə yaxın itki verdi.

Sabiq müdafiə naziri Tacəddin Mehdiyev rəhbərlik etdiyi bu döyüşdə guya düşmənin 80 döyüşçüsü məhv edildiyi deyilsə də , erməni mətbuatı bunu təkzib edərək çox az erməni hərbiçisi öldüyünü yazırdı.

Sonuncu varianta çox adam inanırdı. Çünki hücuma keçən Azərbaycan ordusunun əsgərləri Daşaltıda pusquya salınaraq məhv edildi və şəhidlərimiz yaxınlarına belə verilə bilmədi. Çünki öldürülmüş əsgərlərimizi ermənilər buldozerlərlə kütləvi şəkildə basdırmışdılar. Bunu çəkib hər yerdə yayırdılar.

Nəhayət , Azərbaycan xalqının ayağa qalxıb torpaqlarının hesabını sorduğu gün gəlib çıcdı. 2020-ci ildə 44 günlük müharibədən sonra Daşaltı kəndi işğalçılardan azad olaraq Azərbaycan dövlətinin nəzarətinə keçdi.

Artıq küsunətin, üfunətin girdabından çıxmışdı. Artıq  qan qoxulu, ədavət məkanı olan o yerlərdə inkişafın  təməli qoyulur ,  tikinti və abadlıq işlərinə  böyük vüsətlə başlanılırdı.  Elə azad edildikdən qısa müddət sonra şəhərin içməli su təminatının bərpasına başlanıldı.

(Daşaltıda Zarıslıçay nasos stansiyası)

“Azərsu” ASC-də Şuşa şəhərinin və Şuşa rayonunun Daşaltı kəndinin içməli su təchizatı sisteminin yaradılması ilə bağlı texniki-iqtisadi əsaslandırma və ilkin layihə sənədlərinin hazırlanması məqsədilə yaradılmış işçi qrupun ilk iclası keçirildi.

 Mürəkkəb relyef və sərt iqlim şəraitində Kiçik Kirs-Şuşa və Zarıslı-Şuşa magistral su kəmərlərinin qəzalı hissələri bərpa edilib, 2020-ci il noyabrın 25-də Kiçik Kirs, dekabrın 20-də isə Zarıslı mənbəyindən Şuşaya suyun verilişi bərpa olundu.

 

(Ərazi sınıq-salxaq, 1960-70 -ci illərdən qalmış istismar vaxtı çoxdan bitmiş daxmalardan dəmizləndi)

Daha sonra təməli 2021-ci ildə qoyulub. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə bu il mayın 9-da Şuşa rayonunun Daşaltı kənd məscidinin açılışı bu yaralı, eyni zamanda müqəddəsləşmiş möhtəşəm məkanı indən sonra dərd görməyəcəyinə bir işarə idi.

Deməli, məscid iki mərtəbəlidir və eyni anda 150-dən çox insanın ibadət etməsi üçün nəzərdə tutulub.

Məscidin 1-ci mərtəbəsi kişilər, 2-ci mərtəbəsi isə qadınlar üçün ayrılıb. Milli memarlıq üslubuna malik İkiminarəli məscid ümumi memarlıq kompozisiyası, planlaşdırma və bədii-dekorativ xüsusiyyətlərinə görə Qarabağ memarlıq məktəbinin ənənələrinə uyğun inşa olunub. Hündürlüyü 22,5 metr olan minarələr layihələndirilərkən Yuxarı Gövhər Ağa məscidinin minarələrinin formasından istifadə olunub.

Məscid binasında köməkçi və dəstəmaz otaqları, imam otağı, icma zalı, işçilərin otağı və yataqxana otaqları nəzərdə tutulub. Binaların və obyektlərin tikinti sahəsi 822 m²-dir.

Məscidin içərisindəki iri həcmli layihə -plan fotolarına baxanda anladım ki, artıq bu kənd kənd kimi deyil, böyük turizm və istirahət zonası kimi istifadə ediləcək.

Layihədən aydın görünürdü ki, ümumi sahəsi 65 hektara yaxın olan Daşaltı kəndində 80 otaqlı 5 mərtəbəli hotel binası, kotteclər, ticarət və ictimai obyektlər, o cümlədən, informasiya mərkəzi, sərgi binası, emalatxana inşa ediləcək. Bu layihələrin həyata keçirilməsi Daşaltı kəndində turist axını cəlb etməyə kömək edəcək.

(Yaxın gələcəkdə Daşaltı - layihə)

Əslində Şuşanın ən gözəl , ecazkar təbiətə malik kəndlərindən olan, "qayaaltı" mənasını verən Daşaltı kəndini bir az da cəzbedici edən Daşaltı dərəsindən axan, mənbəyini Qarabağ silsiləsindən götürən buz kimi soyuq və şəffaf Daşaltı çayı, bir də Qarabağın ən önəmli strateji nöqtələrindən biri sayılan, Qarabağ silsiləsinin 2724 metr hündürlükdə yerləşən Böyük Kirs dağıdır.

(Yaxın gələcəkdə Daşaltı - layihə)

İşğal dövründə ermənilər bizə məxsus abidə və məbədlərimizə çox zərər vurdular.
Məsələn "Daşaltı körpüsü" adı ilə tanınan körpü 1720- ci ildə inşa edilib və Qarabağın ən baxımlı memarlıq nümunələrindəndir. Şuşa şəhərinin Cıdır düzü meydanından Qarqarçayın axarı istiqamətində, Daşaltı dərəsinin bir hissəsindəki həmin bu qədim körpünün dəfələlərlə "təmir"ini həyata keçiriblər. Oradan qədimliyimizi, bizə mənsub yazıları silmək , yox etmək üçün .

Uzun sözün qısası, bu gözəlliklərin içərisində hər addımı atdıqca , min dəfə Allaha şükür edir, şəhidlərimizə rəhmətlər, qazilərimizə can sağlığı arzulayırdım. Amma ürəyimin içindən gələn bir arzunu da gizlədə bilmirəm: Ümid edirəm, tez bir zamanda Daşaltı uğrunda döyüşlərdə şəhid olan 100 igidimizi əziz xatirəsinə möhtəşəm bir abidə də ziyarətgahımız olacaq.

Uzaqda yox, lap elə görünən, işğal dövründə tikilən erməni kilsəsinin yerində!

 Əntiqə Rəşid


Daşaltının gözəlliklərini bir də fotolardan görün .