Mətbuatın 150 illiyi ilə əlaqədar seminarlar yekunlaşdı - FOTOLAR

Medianın İnkişafı Agentliyi və ADA Universitetinin İxtisasartırma Proqramının birgə təşkilatçılığı ilə Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində “Azərbaycan mətbuat tarixi” və “Media etikası” mövzularında keçirilən seminarlar yekunlaşıb.
Adalet.az xəbər verir ki, Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli tərəfindən dünya jurnalistikasının keçdiyi əsas tarixi mərhələlər, Azərbaycanda milli mətbuatın yaranması və inkişaf prosesi, müasir media mühitində maarifçilik funksiyasının rolu, eləcə də media etikasının aktual çağırışları ətrafında geniş təqdimatlar və praktiki müzakirələr aparılıb.
Qeyd olunub ki, jurnalistika sahəsi qədim dövrlərdən başlayaraq mütərəqqi inkişaf yolu keçir və hər dövrün özünəməxsus xüsusiyyətləri olur. Müasir dövrdə isə əvvəlkindən daha mürəkkəb mühitdə fəaliyyət göstərərək məlumat bolluğu və dezinformasiya ilə mübarizə kimi çağırışlarla üzləşir. Bu baxımdan seminar müasir və keçmiş jurnalistikanın tələblərini müqayisə etməklə yeni yanaşmaları dəyərləndirmək üçün böyük önəm daşıyır.
İnteraktiv formatda təşkil olunan seminar zamanı real media nümunələri üzərində təhlillər və fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

MEDİA Azərbaycan milli mətbuatının 150 illik yubileyi çərçivəsində seminarlara başlayıb - FOTOLAR

MEDİA: Solovyovun nifrət nitqini pisləyir, qarşı tərəfin üzrxahlıq etməsini gözləyirik

MEDİA jurnalistlər üçün müsabiqə elan etdi

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində - FOTOLAR

“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTOLAR

“150 ilin söhbəti” kitabı işıq üzü görüb - FOTOLAR

Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olundu
