Sabiq futbolçunu it dişlədi: 50 tikiş qoyuldu
“Liverpul” və “Arsenal”ın keçmiş futbolçusu Cermeyn Pennant Londonda it hücumuna məruz qalıb.
Adalet.az Qol.az-a istinadla xəbər verir ki, hadisə Pennantın iti ilə gəzintisi zamanı baş verib.
Aqressiv alman çoban iti futbolçunun “Kinq” adlı amerikan akitasına hücum edib.
Ev heyvanını qorumağa çalışan Pennant davaya müdaxilə edib. Bu zaman hücum edən it onu yerə yıxaraq ayağından dişləyib.
Hadisə zamanı Pennantın iti də sahibinə kömək edərək digər heyvanı saxlamağa çalışıb. 43 yaşlı keçmiş futbolçu təcili xəstəxanaya çatdırılıb. Həkimlər onun dərin yaralarını müalicə edib və 50-dən çox tikiş qoyublar.
Hazırda Pennantın özünü yaxşı hiss etdiyi bildirilir. O, hələlik hadisə ilə bağlı polisə müraciət etməyi planlaşdırmır.
Qeyd edək ki, Cermeyn Pennant karyerası ərzində “Liverpul” və “Arsenal”la yanaşı, “Birmingem Siti”, “Uotford”, “Lids Yunayted”, “Portsmut” və “Stok Siti” kimi klublarda da çıxış edib.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

