FIFA U-15-də yeni qaliblər
Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşib.
Adalet.az xəbər verir ki, F yolunun finalında Yeni Zelandiya və Efiopiya komandaları üz-üzə gəliblər. Qarşılaşma Yeni Zelandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb. Beləliklə, Yeni Zelandiya 161-ci yer uğrunda mübarizədə qalib olub.
E səviyyəsinin finalında isə Mərkəzi Afrika Respublikası Banqladeşlə qarşılaşıb. Bu görüşdə Mərkəzi Afrika Respublikası rəqibini məğlub edərək divizionun qalibi adını qazanıb.
Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

