“Qalatasaray” – “Fənərbağça” derbisindəki davaya görə cəzalar
Türkiyə Futbol Federasiyasının (TFF) İntizam Komitəsi “Fənərbağça” və “Qalatasaray” klublarının futbolçularına cəza verib.
Adalet.az TFF-nin rəsmi saytına istinadən xəbər verir ki, cəzalar komandalar arasında Türkiyə Superliqasında keçirilmiş oyunda baş verən insidentlə əlaqədardır. Buna futbolçuların qarşılaşma zamanı bir-biri ilə dava etməsi səbəb olub. Belə ki, “Fənərbağça”nın futbolçusu Arçi Braun 3, “Qalatasaray”ın oyunçusu Abdülkerim Bardakçı isə 2 oyunluq diskvalifikasiya edilib.
Qeyd edək ki, qarşılaşma “Qalatasaray”ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

