05 May 2025 17:46
164
HADİSƏ

Sabahkı küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq

Milli Hidrometeorologiya Xidməti mayın 6-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq yayıb.

Bu barədə Adalet.az-a Xidmətdən məlumat verilib.

Naxçıvan MR, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Daşkəsən, Gədəbəy, Samux, Gəncə, Göygöl, Naftalan, Goranboy, Yevlax, Bərdə, Tərtər, Mingəçevir, Xaçmaz, Şabran, Xızı, Siyəzən, Quba, Qusar, Laçın, Kəlbəcər, Füzuli, Zəngilan və Cəbrayılda qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.