05 May 2025 10:02
109
HADİSƏ

Xaçmazda qəzada yaralanan sürücü öldü

Xaçmaz rayonunda qəzada yaralanan sürücü ölüb.

Adalet.az xəbər verir ki, ötən gün Gəndob-Yalama avtomobil yolunun Xaçmaz rayonunun Yaqub-oba kəndi yaxınlığından keçən hissəsində yol qəzası olub.

Qəza nəticəsində xəsarət alan dörd nəfərdən biri - 39 yaşlı sürücü Tərlan Həsənbəyov xəstəxanada dünyasını dəyişib.