Hərbi təhsil sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığı müzakirə edildi

Azərbaycan Milli Müdafiə Universitetinin (MMU) rektoru general-mayor Gündüz Əbdülov Azərbaycan-Türkiyə MMU-ları arasında keçirilməsi planlaşdırılan Yüksək Dialoq İclasında iştirak etmək məqsədi ilə ölkəmizdə səfərdə olan qardaş ölkənin MMU rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Adalet.az xəbər verir ki, qonaqları salamlayan general-mayor G.Əbdülov universitetin təhsil sistemi və tədris prosesi, rəqəmsal sistem vasitəsi ilə MMU-nun tabeliyindəki xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul qaydaları və statistikası, eləcə də perspektivdə nəzərdə tutulan planlar haqqında məlumat verib. Dövlət başçımızın hərbi təhsil sisteminin inkişafına göstərdiyi qayğıdan, Azərbaycan Ordusunda peşəkar kadrların hazırlanması istiqamətində həyata keçirilən tədbirlərdən söhbət açıb.
Bu cür görüşlərin hərbi təhsil sahəsində əlaqələrimizə müsbət töhfə verdiyini vurğulayan professor E.Afyoncu qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.
Universitetlərin rəhbər heyətləri arasında keçirilən görüşdə hər iki qardaş ölkənin hərbi təhsil sahəsində əməkdaşlığının daha da genişləndirilməsi məqsədilə görülən işlər, perspektiv planlar, eləcə də maraq kəsb edən digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparılıb.
Türkiyəli qonaq görüşün sonunda universitetin xatirə kitabına ürək sözlərini yazıb.
Digər Xəbərlər

Belarusun Baş naziri Səbail Rayon Yanğından Mühafizə Hissəsində olub - VİDEO/FOTO

Leysan olacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ
jpg-1746437920.jpg)
Ağasif Şakiroğlu:"Bütövləşmə, vahidləşmə və böyükləşmə və Laçın..."

1 400 hektardan çox ərazi minalardan təmizlənib

Dəniz piyadalarının döyüş atışlı taktiki təlimi keçirildi - VİDEO

Teymur Musayev: Yeni tədris ilindən 6 yeni ixtisaslaşma üzrə magistraturaya mütəxəssis hazırlanacaq

Bu şəxslər pulsuz ev ala bilər
