Sabah 29° isti olacaq

Bakıda və Abşeron yarımadasında iyunun 3-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, gecəyə doğru bəzi şəhərətrafı ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var.
Güclü şimal-qərb küləyi əsəcək, havanın temperaturu gecə 17-21° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu olacaq. Nisbi rütubət 55-65 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 16-20°, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 13-18° isti olacaq.
Digər Xəbərlər

Azad, abad Ağalı kəndimiz... - VİDEO

Əyriçayda suyun səviyyəsi 83 sm artıb

Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək

"Gündoğan ölkə"nin faciəli günü:18 jurnalisti udan cəhənnəm lavası

Deputatdan insanların kəndə qaytarılması üçün TƏKLİF

Laçın rayonunda yaşayanların sayı açıqlandı

Müştərilər qiymətdən, satıcılar isə alıcı azlığından şikayət edir - Qurbanlıq heyvanlar bahalaşdı - VİDEO
