Onların böyük sevinci

İnsanlar öz yurdlarında, vətənlərində özlərini daha güclü hiss edirlər.
Onlar isə 30 il torpaqları ermənilər tərəfindən işğal edildiyinə görə vətən üzünə həsrət qalıblar. Nəhayət, 30 ildən sonra Füzuli rayonunun Horadiz şəhərindəki 2 nömrəli məktəbin direktoru Ləman Əliyeva və qohumları viran olunmuş, dağıdılmış yurdlarına gəliblər. İndi o yerdə bir bina belə yoxdu.
Amma onlar çox böyük sevinc hissi ilə o yurddakı ağacın gölgəsi altında , otun , yaşıllığın üstündə gözəl süfrə açıb xoş anlar yaşayırlar.Ətrafda kədərli bir musiqi də səslənir. Yəni atasını, anasını itirmiş bu insanlar vətənə onlarsız qayıtdıqlarına görə kövrək anlar yaşayırlar. Amma yenidən vətənə dönməyi, ora ayaq basmalarını xoşbəxtlik sayırlar.Ləman xanım deyir ki, bu yerləri bizə Ali baş komandan , Prezident İlham Əliyev və Azərbaycan ordusu, əsgərlərimiz qaytarıb.Şəhidlətimizin, qaliblərimizin, qazilərimizin qarşısında baş əyirik, çünki bu sevinci bizə onlar yaşadıb.
Hər güldə, çicəkdə, çəməndə , daşda, torpaqda onların qoxusunu, ətrini hiss edirik və izlərini görürük. Dünyada vətənə dönməkdən şirin heç nə yoxdur. Buna görə bir Allaha, bir də əsgərlərimizə , şəhidlərimizə, qazilərimizə minnətdarıq!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

Buraxılış imtahanının nəticələri AÇIQLANDI

Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı

Bu il məzun olanların sayı açıqlandı

Regionlardakı ali məktəblərə qəbul olanların faizi azalıb

İkinci qəbul imtahanına hazırlaşanların NƏZƏRİNƏ!

DİM onlara çağırış etdi

"DİM-in buna "texniki səhv" deyib sakitcə üstündən keçməsi doğru deyil" - Ekspert
