Azərbaycanda 3 maşın hərraca çıxarılacaq

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti iyulun 2-də dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.
Adalet.az xəbər verir ki, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 8 500 manat olan 3 nəqliyyat vasitəsi çıxarılacaq.
Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.
Hərraclar barədə ətraflı məlumatı buradan əldə etmək mümkündür.
Digər Xəbərlər

Bakı-Tiflis qatarı açıla bilərmi?

Bahalıq olacaq...

32 min manatdan çox saxta pul dövriyyədən çıxarılıb

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?
jpg-1749030801.jpg)
Erməni mediasına cavab:"Xankəndi bizimdir, istərik sökərik, istərik tikərik"

"Binalarda istilik sisteminin bərpa olunmasına ehtiyac var" - Deputat

"Belə olan halda tarif məsələsi mənasızlaşır" - Nazir müavini
