Rusiyalı diplomat Azərbaycan XİN-ə ÇAĞIRILDI - KƏSKİN ETİRAZ

Rusiyanın səfirliyinin müvəqqəti işlər vəkili Pyotr Volokovıx Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla əlaqədar Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən Adalet.az-a verilən məlumata görə, Rusiya tərəfinə iyunun 27-də həmvətənlərin yaşadığı mənzillərdə Rusiyanın təhlükəsizlik qüvvələri tərəfindən iki azərbaycanlının qəddarlıqla qətlə yetirildiyi, bir neçə nəfərin ağır bədən xəsarətləri aldığı, doqquz nəfərin həbs edildiyi reydləri ilə bağlı kəskin etiraz bildirilib.
Məsələnin araşdırılması, zorakılıq törödən bütün şəxslərin tezliklə cinayət məsuliyyətinə cəlb olunması barədə gözləntimiz qarşı tərəfin diqqətinə çatdırılıb.
Digər Xəbərlər

Aqil Abbas: FTX-nin əməliyyatı quduz itin hərəkəti kimi qiymətləndirilməlidir

Deputatlarımız Moskvada keçiriləcək iclasda iştirak etməyəcəklər

Faşist Putin hakimiyyətini pisləyirik - Aygün Attar

"Rusiyada qeyri-rus xalqlarına qarşı dövlət terroru başlayıb"

Overçukun Azərbaycana səfəri ləğv olundu

Anar Ələkbərov FIA Senatına üzv seçildi

Azərbaycan və Ukrayna arasında konsulluq məsləhətləşmələri keçiriləcək
