Mirzoyan əsəbləşdi:"Lavrov, get öz işinlə məşğul ol"
jpg-1751279687.jpg)
Xəbər vermişdik ki, Ermənistanda dövlət çevrilişinə cəhd ittihamı ilə keşişlərin və onlara bağlı olan şəxslərin həbsi prosesi gedir. Kremlin mətbuat katibi Dmitri Peskov demişdi ki, bu, Ermənistanın daxili işidir və Rusiya Ermənistanda baş verənlərə qarışmır.
Amma .. Rusiyanın xarici işlər naziri Sergey Lavrov arxiyepiskopun həbsi ilə bağlı Ermənistana bəyanat verib:“Kilsə həmişə erməni cəmiyyətinin əsas sütunlarından biri olub və biz onun heç bir ciddi əsas olmadan əsassız hücumlara məruz qalmasını istəməzdik. Biz bu vəziyyətin Ermənistan Konstitusiyasına, dindarların hüquqlarına, eləcə də digər insan hüquqlarına tam hörmət əsasında mümkün qədər tez həll olunmasında maraqlıyıq".
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiya rəsmisinə cavab verib və qeyd edib ki, Rusiya Ermənistanın daxili işlərinə qarışmaqdan çəkinməlidir.
Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Ermənistan öz daxili məsələlərini təkbaşına həll edə bilər, lakin “hakimiyyətin kilsəyə qarşı mübarizəsi” ifadəsini işlətməklə kilsəyə qarşı hərəkətlərdən narahatlığını ifadə edib.
Ararat Mirzoyan cavabında belə bir səciyyələndirmənin reallığa uyğun gəlmədiyinə aydınlıq gətirib. Onun sözlərinə görə, Ermənistanda kilsə institutuna qarşı mübarizə və təzyiq yoxdur. Rusiyalı nazirin istinad edə biləcəyi hallar bəzi din xadimlərinin siyasi proseslərdə iştirakı və lazım gələrsə, hüquqi qiymət verilməsi ilə bağlıdır. "Bu, müstəsna hüquqi prosesdir və bu, Ermənistanın daxili işidir. Cənab Lavrov Ermənistanın daxili işlərinə qarışmasa, daha yaxşı olar", - Mirzoyan vurğulayıb.
Nazir həmçinin vurğulayıb ki, həm Rusiya rəsmiləri, həm parlamentarilər, həm də media ekspertləri Ermənistanın suverenliyinə hörmətlə yanaşmağa, ölkənin daxili siyasətinə müdaxilə sayıla biləcək bəyanat və ya hərəkətlərdən çəkinməyə borcludurlar.
Mirzoyanın sözlərinə görə, bu cür müdaxilələr qəbuledilməzdir və Ermənistan tərəfdaşlarından Ermənistanın müstəqilliyini və suverenliyini açıq şəkildə tanımasını və ona hörmətlə yanaşmasını gözləyir.
P.S.Rusiyanın hazırda qonşularla münasibətinə baxdıqda, deputat Aqil Abbas demiş, quduz itin hərəkəti kimi qiymətləndirilməlidir.
Əntiqə Rəşid
Digər Xəbərlər

İran Ukraynaya nota verib

Aİ və Ermənistan arasında çərçivə sazişi imzalandı

Yekaterinburqda saxlanılan azərbaycanlıların işi Rusiya Baş İstintaq İdarəsinə verildi
jpg-1751277563.jpg)
Kallasdan Rusiyaya "gözdağı": "Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb"

Mirzoyan: Sülh sazişinin yeri və tarixi ilə bağlı Azərbaycanla müzakirələrə hazırıq

Kallas: Aİ və Ermənistan heç vaxt indiki qədər yaxın olmayıb

Tehran ABŞ-nin danışıqları yenidən başlamaq istəyi haqqında məlumat alıb
