Ronaldo 985-ci qolunu vurdu
Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Xolud”u 5:3 hesabı ilə məğlub edib.
Adalet.az xəbər verir ki, görüşdə Kriştiano Ronaldo het-trik edib. O, 66, 72 və 81-ci dəqiqələrdə fərqlənib. Digər qolları Qabriel Anqelo və Sadio Mane vurublar.
Bu, Ronaldonun karyerasında 67-ci het-trikidir. Portuqaliyalı hücumçu bununla karyerasında vurduğu qolların sayını 985-ə çatdırıb.
Qələbədən sonra “Əl-Nəsr” 28 xalla turnir cədvəlində lider “Əl-Qadisiya”ya çatıb. Komanda növbəti oyununu noyabrın 6-da səfərdə “Əl-Həzm”ə qarşı keçirəcək.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

