Büstün Qarabağda qoyulsun gərək
Düşməni yandırsın alovun,odun,
Sevinsin dostların,qəmlənsin yadın.
İlham tək tarixə düşərək adın,
Büstün Qarabağda qoyulsun gərək.
******
İllər həsrətinə son qoyan oldun,
Düşmənin bağrını sən oyan oldun.
Azadlıq müjdəsin sən yayan oldun,
Büstün Qarabağda qoyulsun gərək.
******
Ərdoğan olubdu dostun,qardaşın,
Köməyin,dayağın,yaxın sirdaşın.
Yüksək zivələrə ucalsın başın,
Büstün Qarabağda qoyulsun gərək.
******
Mümkünsüz bir işi mümkün eylədi,
Düşmənin cəbhəsin yolda əylədi.
Allahım,bu oğul nələr eylədi,
Büstü Qarabağda qoyulsun gərək.
******
Şəhid də igiddir,qazi də igid,
Rəhbər ehtiyatın görüb çox sakit,
Dedi əsgərinə: “irəliyə get!”,
Büstü Qarabağda qoyulsun gərək.
******
Günahsız insanın qanın tökmədi,
Zəifin,gücsüzün damın sökmədi.
Nə işdə,nə söz də heç vaxt çökmədi,
Büstü Qarabağda qoyulsun gərək.
******
Tarixdə qalacaq adı hər zaman,
Onun sayəsində çəkildi duman.
Tanındı hər bir yerdə Azərbaycan,
Büstü Qarabağda qoyulsun gərək.
******
Geri almaq olmur torpağı təzdən,
Çün nişanə qalmır əvvəlki izdən.
Belə söyləyirəm mən xalq əvəzdən:
Büstün Qarabağda qoyulsun gərək.
******
Şeirin müəllifi:Dünya Qarabağlı-Azərbaycan Texniki Universitetinin Beynəlxalq Biznesin İdarə Edilməsi ixtisasının magistratura tələbəsi.


Bakı -°C

