Quzu ətinin kiloqramı 22 manatdır, amma lülə kabab üç manat

Heç kim sirr deyil ki, bütün ət və ət məhsullarının qiyməti bahalaşıb. Mal ətinin qiyməti 17 manat, quzu ətinin qiyməti isə 22 manata çatıb. Əgər quzu ətinin qiyməti bu qədər bahadırsa, bəs onda necə olur ki, ondan bişirilən lülə kababın bir şişi 3 manata satılır? Bax, elə əsas məsələ də budur. Ya bişirilən quzu əti deyil,erkək qoyun ətidir, ya da mənşəyi bilinməyən nə isə bir şeydir.
O şeyin adı eşşək əti də ola bilər, lap at əti də! Məgər belə şeylər az görünüb? Əsas məsələ odur ki, işbazlar qaz vurub, qazan doldururlar. Eyni zamanda əhali də bu kabablar bəh- bəhlə alıb yeyir, heç onların dünya veclərinə də deyil.
Görün odur ki, ucuz ətin şorbası olmaz və olsa da, dadı- duzu olmaz! Və o kababı bişirənlər də heç kim dəyib- dolaşmır, " gözün üstə , qaşın var",- demir! İnsanlar isə hələ də,onlar hörmətlə yanaşır və düşünür ki, onlar doğrudan da quzu kababı yeyirlər!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

“Sosial şəbəkələrdə şər - böhtan, şantaj kimi çirkin əməllərə yol verənlər dindarlardır”

Şahzadə orduya qatıldı

Prezidentlə xanımının uşaqlarla səmimi anları - VİDEO
