Kərə yağı

İndi bir çox imkanlı adamlar artıq market və maqazalardan kərə yağı almağa ehtiyat edir.
Ən azından ona görə ki, onun təmiz kərə yağı olmağına bot o qədər də, inanmırlar. Onları da , qınamalı deyil, çünki marketlərdə keyfiyyətlisiz yağların əlindən tərpənmək olmur.Amma istehsalçılar isə utanmadan deyirlər ki, bizim istehsal etdiyimiz kərə yağıdı.
Bax burda adam istəyir ki, dişinin dibindən gələn sözləri onlara desin, amma şeytanı yada salıb , susursan! Bax ,buna görə də, bir çox insanlar rayonlara gedib, tanıdıqları adamlardan kərə yağı alırlar.Belələri də , yağların alındığını görüb qiyməti artırıblar.
Yeni kərə yağın kiloqramını 25 manatdan aşağı satmırlar!.Çünki deyirlər ki, bizim yağ tər- təmizdir. Düzdür, yağ təmizdir,amma qiymət də əl yandırır.Nə isə..Təmiz kərə yağı axtarırsınızsa, onda əliniz cibinizdə olsun!!!
Emil Faiqoğlu
Digər Xəbərlər

İnfluenserlərdən yeni qaydalara reaksiya: “Mən televiziyayam?”

Prezident Vergi Məcəlləsinə dəyişikliyi təsdiqlədi

Bu dövlət müəssisələrində yeni qida normaları müəyyənləşəcək

Vərəsələrə dair yeni məsuliyyət müəyyənləşir

Naxçıvanın icra hakimiyyəti orqanlarının bu sahələrdəki səlahiyyətləri ləğv edilir

Qızıl və gümüşün qiyməti ilə bağlı VACİB XƏBƏR

Benzin və dizel üçün aksiz dərəcəsi azaldıldı
