Kamil bir palançı olsa da insan ...

Bəzən bir peşə sahibinə, bir sənətkara işimiz düşəndə çətin vəziyyətdə qalırıq.
Çünkü hər peşə sahibi yaxşı sənətkar deyil.Bu yaxınlarda qol saatım xarab olub işləmirdi. Hansı ustanın yanına apardım düzəldə bilmədim. Bir usta da saatın ora- burasına baxıb dedi ki, bundan sənə saat olmaz , at canın qurtarsın. Mən də onun sözünə əməl etmədim. Başqa bir ustanın yanına getdim. Onu da deyim ki, saat çox bahalı idi.
Onu düzəldə bilən usta təmir üçün nə qədər pul istəyir verəcəydim. Saat ustaya verdim, baxan kimi dedi ki, hansı naşı saatı bu günə qoyub. Qaş düzəltmək əvəzinə, vurub göz çıxarıb, amma darıxma tez bir vaxtda düzəldəcəm . Heç on beş dəqiqə keçməmiş usta saatı çox gözəl təmir etdi. Baxdım ki, saatın işləməsinə söz ola bilməz.
Xərci də çox az pul edirdi. Ustaya " çox sağol" - dedim. Və yadıma böyük Nizami Gəncəvinin aşağıdakı mısrası düşdü: Kamil bir palançı olsa da insan, Yaxşıdır, yarımçıq papaqçılıqdan...
Emil Faiqoğlu.
Digər Xəbərlər

Braziliyada heyvanların üzərində sınaq keçirilməsi qadağan edildi

Marga Wellness” və “Dreamland” məşhurları Bakıda bir araya gətirib - FOTOLAR

"Park Bulvar" media nümayəndələri ilə görüş keçirib - FOTOLAR
