“Qızıl top”un sahibi bəlli oldu
İngiltərə millisinin və Almaniyanın "Bavariya" klubunun hücumçusu Harri Keyn 2025/2026 mövsümünün ən yaxşı futbolçusu adına layiq görülüb.
Adalet.az xəbər verir ki, futbolçuya "Qızıl top" mükafatı Londonda təşkil olunan mərasimdə təqdim edilib.
Harri Keyn ötən mövsüm "Bavariya"nın formasında meydana çıxdığı 51 qarşılaşmada 61 dəfə rəqib qapılarına yol tapıb. Hücumçu eyni zamanda komanda yoldaşlarının 7 qoluna məhsuldar ötürmə ilə töhfə verib.
Keyn "Bavariya" ilə Bundesliqanın qalibi olmaqla yanaşı, çempionatın ən sərrast futbolçusu adını da qazanıb. O, Avropada mövsüm ərzində ən çox qol vuran oyunçu kimi "Qızıl buts" mükafatına da sahib çıxıb.
İngiltərə millisində də fərqlənən hücumçu Dünya Kubokunda keçirdiyi 7 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

