adalet.az header logo
  • Bakı -°C
26 May 2026 19:20
93
SİYASƏT
A- A+

Prezident Pezeşkianla danışdı

Mayın 26-da Azərbaycan Prezidenti İlham Əliyevlə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı olub.

Adalet.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları müqəddəs Qurban bayramı münasibətilə bir-birlərinə təbriklərini çatdırıb, Azərbaycan və İran xalqlarına firavanlıq və ruzi-bərəkət arzulayıblar.

İran İslam Respublikasının Prezidenti ölkəsinin üzləşdiyi ağır günlərdə Azərbaycanın göstərdiyi humanitar yardımlara görə bir daha təşəkkürünü bildirib.

Prezident İlham Əliyev öz növbəsində qeyd edib ki, Azərbaycan və İran yaxşı günlərdə də, ağır günlərdə də hər zaman bir-birinin yanındadır.

Telefon söhbəti zamanı ikitərəfli əlaqələrin inkişafı və perspektivləri barədə fikir mübadiləsi aparılıb.