06 Avqust 2025 17:46
141
DÜNYA

Polşanın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

Avqustun 6-da Polşanın yeni mühafizəkar Prezidenti Karol Navrotskinin andiçmə mərasimi olub. O, iyunda keçirilən prezident seçkilərində qalib gəlib.

Adalet.az xarici mediaya istinadla xəbər verir ki, Navrotskinin andiçmə mərasimi Polşa parlamentinin qarşısında keçirilib. O, 2015-ci ildən Prezident vəzifəsini icra edən Andjey Dudanı əvəzləyib.

Navrotski Polşada keçirilən prezident seçkilərində 50,9% səslə qalib gəlib. O, iyunun 1-də gərgin mübarizə şəraitində keçən ikinci turda Varşava meri Rafal Trzaskovskini az fərqlə məğlub edib.

Ekspertlər hesab edirlər ki, yeni Prezidentin Tramp administrasiyası ilə sıx əlaqələri, iqtisadi və sosial siyasətlərdə Ukrayna qaçqınları əvəzinə öz vətəndaşlarına daha çox üstünlük vermək kimi milli prioritetlərə diqqət yetirməsi səbəbindən Polşanın Aİ ilə münasibətləri gərginləşə bilər.