Ərdoğan: 2002-ci ildən bu günə qədər 13 min 291 tarixi sənət əsəri Türkiyəyə qaytarılıb

2002-ci ildən bu günə qədər ümumilikdə 13 min 291 tarixi sənət əsərinin Türkiyəyə qaytarılması təmin olunub.
Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan beynəlxalq arxeologiya simpoziumu çərçivəsində təşkil olunan "Arxeologiyanın qızıl dövrü" sərgisindəki çıxışı zamanı deyib.
O qeyd edib ki, Türkiyə həm quruda, həm də sualtı zonalarda aparılan tədqiqatlar üzrə dünya arxeologiyasında ön sırada qərarlaşıb:
"Mütəxəssislərimiz əvvəlcə ölkəmizi, sonra isə türk ayağının dəydiyi hər bir yeri qarış-qarış gəzərək mədəni irsimizi diqqətlə sənədləşdirəcəklər. 86 illik fasilədən sonra gerçək təyinatına qovuşdurduğumuz Ayasofya məscidini tarixinin ən əhatəli bərpa prosesinə cəlb etdik. 2002-ci ildən bu günə qədər ümumilikdə 13 min 291 tarixi sənət əsərinin Türkiyəyə qaytarılmasını təmin etdik"./report
Digər Xəbərlər

Ərdoğanın Ukraynaya səfərinə dair yayılan məlumat təkzib olunub

Tramp Hindistan məhsullarına əlavə rüsum tətbiq etdi

Mirzoyan da ABŞ-yə gedir

Ermənistan ordusunun hərbçiləri qəzaya düşdü - Ölən var

Polşanın yeni Prezidentinin andiçmə mərasimi keçirilib

Uitkoffla danışıqlar faydalı və konstruktiv keçib - Uşakov

Pezeşkianın oğlundan SƏRT AÇIQLAMA - Azərbaycanla müharibə etmək...
