Tramp yenə Rusiyanı "kağız pələng" adlandırdı

ABŞ prezidenti Donald Tramp, ötən həftə Ukraynanın Avropa İttifaqının köməyi ilə "işğal olunmuş ərazilərini qaytara bilər" bəyənatında Rusiyanı "kağız pələngə" bənzətmişdi. Daha sonra isə, Tramp Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğanla Nyu-Yorkda keçirilən görüşdə, bir daha bu cür terminlərdən istifadə etməyəcəyini bəyan etmişdi.
Lakin Donald Tramp, dünən yüksəkçinli hərbiçilərlə görüşü zamanı bəyan edib ki, Putinin hərəkətləri onu məyus edib.
"Mən ona dedim ki, siz yaxşı görünmürsünüz. Siz bir həftəyə qurtara biləcəyiniz müharibədə artıq dörd ildi döyüşürsünüz. Siz "kağız pələngsiniz"-deyə ABŞ prezidenti həmin termindən istifadə edib.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Trampın Rusiya qarşı işlətdiyi "kağız pələng" terminini "xalq diplomatiyası" kimi qiymətləndirib.
Rüstəm Hacıyev
Digər Xəbərlər

Ukrayna Belqorodu raket atəşinə tutub

Canavarlar dörd uşağı parçalayıb öldürdü

Filippində zəlzələ

91 məktəbli günlərdir dağıntılar altındadır

"Trampın Qəzza ilə bağlı 20 bəndlik planı icra edilməlidir"

Türkiyə elan etdi: Ukrayna ilə bağlı buna hazırıq!

Orbandan ŞOK AÇIQLAMA: Rusiya təyyarələrini vuracağıq!
