Polisə bıçaq çəkən narkotacir zərərsizləşdirildi

İyunun 29-da saat 23 radələrində paytaxtın Qaradağ rayonu ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər polis əməkdaşlarına müqavimət göstərməklə qaçmağa cəhd ediblər.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a bildirilib ki, 29 yaşlı Tehran Məmmədov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə “saxla” əmrinə tabe olmayıb, idarəetməni itirərək yol kənarında olan maneəyə vurduqdan sonra polis əməkdaşlarına üzərində olan bıçaqla müqavimət göstərib, avtomobildə olan digər şəxslərin qaçması üçün qanunsuz tələblər irəli sürüb.
Ona dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, polis əməkdaşı xidməti tabel silahı tətbiq etməklə onu zərərsizləşdirib, digər bir nəfər isə saxlanılıb.
Avtomobildən 10 kq narkotik vasitələr aşkar olunaraq götürülüb.
Fakta görə cinayət işi başlanıb, istintaq tədbirləri görülür.
Digər Xəbərlər

Yekaterinburqda öldürülən qardaşların nəşi təhvil verildi - VİDEO

Şamaxıda kürəkən qayınatasını öldürdü - YENİLƏNİB

Masallıda baş verən cinayət işinin motivi məlum olub - YENİLƏNİB

"Rus dili tədris edən qardaşım Rusiyada cinayətkarcasına qətlə yetirildi" - Seyfəddin Hüseynli

Yazıçılar Birliyindən öldürülən azərbaycanlılarla bağlı Rusiyaya MÜRACİƏT

OMON-çular daha bir azərbaycanlını öldürüb

OMON dəstələri Seyfəddin Hüseynlinin qardaşlarını öldürdü - 9 azərbaycanlı saxlanılıb + YENİLƏNİB
