27 Iyun 2025 23:00
85
KRİMİNAL

Seyfəddin Hüseynlinin qardaşları Rusiyada öldürüldü

“OMON dəstələri bu gün Rusiyada iki qardaşımı da öldürüblər”.

Adalet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında ədəbiyyatşünas Seyfəddin Hüseynli bildirib.

    Seyfəddin Hüseynli bildirib ki, qardaşları; Ziyəddin və Hüseyn Səfərovlar öldürülüb.

    Qeyd edək ki, bu gün Rusiyanın Yekaterenburq şəhərində OMON dəstəsi azərbaycanlıların evinə basqın edib.

    Nəticədə Səfərov Ziyəddin Mehdi oğlunu işgəncə ilə öldürüblər. O biri qardaşlarını da naməlum istiqamətə aparıblar.