Peskovla Dyuminin təyyarəsi dron hücumuna görə havaya qalxa bilmədi - VİDEO

Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov və Rusiya liderinin köməkçisi Aleksey Dyuminin olduğu təyyarə iki saat ərzində Moskvadan Sankt-Peterburqa qalxa bilməyib.
Adalet.az Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Ukrayna pilotsuz təyyarələri olub.
Belə ki, Leninqrad vilayəti Ukraynaya məxsus PUA-ların hücumuna məruz qalıb və bu səbəbdən “Xalça” planı tətbiq olunub. Nəticədə onlar təyyarədə bir neçə saat gözləyiblər.
Peskov və Dyumin Rusiya Prezidenti Vladimir Putinlə birgə hərbi dəniz təlimləri üçün Sankt-Peterburqa getməli idi.
Digər Xəbərlər

Tbilisidə Rusiya bayrağı yandırıldı - VİDEO

Tramp əsəbidir, Putinin addım atmasını gözləməkdən yorulub - Rubio

Ukrayna ordusu rusları darmadağın etdi: 80 ölü, 37 yaralı

Kamboca və Tailand liderləri atəşkəs üçün görüşməyə hazırlıqlarını təsdiqləyiblər

Türkiyə ən böyük hərbi müqaviləni bu ölkə ilə imzaladı

Tramp, Putin və Zelenski İstanbula gələcəkmi? - Hakan Fidan

Rubio: Vaşinqtonla Pekin münasibətləri qorumalı və əməkdaşlıq etməlidir
