27 Iyul 2025 08:30
140
DÜNYA

Tramp, Putin və Zelenski İstanbula gələcəkmi? - Hakan Fidan

Rusiya, ABŞ və Ukrayna liderlərinin İstanbulda tez bir zamanda görüşünə ümid edirəm.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

"Ümid edirəm ki, bu, yaxın gələcəkdə baş verəcək. İnanıram ki, hər üç lider prezidentimizin rəhbərliyi altında İstanbulda bir araya gələcək", - deyə Fidan söyləyib.

Onun sözlərinə görə, danışıqların gündəliyində liderlərin mümkün görüşü məsələsi olub:

"Rusiya və Ukrayna İstanbulda mümkün görüş məsələsində xoş niyyətlərini bildiriblər. Bizim prezidentimiz sammitin keçirilə biləcəyinə çox inanır, bu prosesi bir qədər də sürətləndirmək istəyir. Amma belə bir görüş üçün nümayəndə heyəti səviyyəsində irəliləyiş lazımdır".