Əslində Peskov Molla Nəsrəddindən də zarafatcıldır....
"Moskva regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını gözləyir".
Adalet.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib:"Ümid edirik ki, bu iş (sülh sazişinin imzalanması) başa çatacaq", - o qeyd edib.
Onun sözlərinə görə, regionda sabitlik və təhlükəsizlik mühiti üçün Bakı ilə İrəvan arasında sülh müqaviləsi lazımdır:"Biz öz tərəfimizdən bu prosesə töhfə vermək üçün əlimizdən gələni etməyə hazırıq", - Peskov əlavə edib.
Xatırladaq ki, bir neçə gün əvvəl isə dünyanın məhvini reallaşdırmağa çalışan Rusiyanın prezidentinin mətbuat katibi Dmitri Peskov nə desə yaxşıdır? Deyib ki, Yaxın Şərqdəki gərgin vəziyyət təkcə region üçün deyil, bütün dünya üçün təhlükəlidir:“Yaxın Şərqdəki vəziyyət təkcə region üçün deyil, bütövlükdə dünya üçün son dərəcə gərgin və təhlükəlidir. Münaqişə iştirakçılarının sayının genişləndirilməsi daha təhlükəlidir, bu, yalnız qarşıdurmanın növbəti mərhələsinə və regionda gərginliyin artmasına gətirib çıxaracaq".
Əslində bu öz gözündə tiri görməyib başqalarının gözündə tük axtarmaq qədər səviyyəsiz bir açıqlamadır.
P.S. Biri oradan Peskova desin ki, hazırda Qafqazda sabit vəziyyət hökm sürür. Bir-birinə raket, pua, bomba atan yox, heç kim heç kimin sərhədlərini texnika və canlı qüvvələrlə işğal etmir, dinc sakinlər yaralanmır, ölmür, məktəblər, xəstəxanalar hədəfə alınmır. Yəni, bütün dünya, bütün beynəlxalq aləm Rusiya -Ukrayna müharibəsinin həyəcanından nəfəsi kəsildiyi bir məqamda Rusiyanı Ermənistan -Azərbaycan arasındakı sülh niyə ilgiləndirsin ki, onu anlamdım... Ya, sizin dərdiniz, probleminiz yoxdur, ya dərdiniz probleminizin çoxluğundan başınızı itirmisiniz, haradan başlayacağınızı bilmirsiniz, dəxli olmayan bir yerdən problem həll etməyə girişmisiniz !
Yada ki, Peskovda yumor hissi bizim Molla Nəsrəddindəki yumor hissindən güclüdür! Yəni, Peskov çox ciddi adamdır, nəyi, nə vaxt, harda dediyini bildiyi üçün maaş alır. Bu gün əgər bu açıqlamanı verirsə, mütləq zarafat damarı tutub. Yoxsa ki, normal adam belə bir açıqlama verər?
Məsələn, bir gün bir dostu Molla Nəsrəddinə deyir: -Molla, Molla ora bax, plov aparırlar.
Molla deyir: – Mənə nə?
Dostu deyir: – Sizə aparırlar.
Molla deyir sənə nə?
Ey gülünc adam , sən get, öz dərdini çək, Azərbaycan və Ermənistan arasındakı sülh sazişinin imzalanmasından sənə nə?
Əntiqə Rəşid
Digər Xəbərlər
13 Dekabr 2025 10:44
"Kamran mənə çox sərt cavab yazmışdı"
13 Dekabr 2025 09:40
"Kamran Əsədovun bu işin içində olacağını ağlıma gətirməzdim" - Osman Gündüz
13 Dekabr 2025 09:10
"Təkər aləmi" kimi tanınan bazar SÖKÜLÜR - VİDEO
12 Dekabr 2025 21:50
Ramil Səfərovun polkovnik rütbəsində ilk FOTOSU
12 Dekabr 2025 17:37
AzerGold" QSC və törəmə şirkətlərinin kollektivi Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edib
12 Dekabr 2025 17:25
Polis əməkdaşları və Daxili Qoşunların hərbçiləri Fəxri Xiyabanda - VİDEO
12 Dekabr 2025 16:50
Zodda Ermənistanın hər hansı bir qazıntı və istismar işləri aparmadığı aşkarlanıb
12 Dekabr 2025 14:24


Bakı -°C

