adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 10:44
133
GÜNDƏM
A- A+

"Kamran mənə çox sərt cavab yazmışdı" 

"Kamran Əsədovu tənqid etmişdim. Ukraynada attestatla təhsil vədi verirdi. Deyirdi ölkəni tərk etmədən ali təhsil ala bilərsiniz. Reklama qatılmışdı. Vəd edirdi ki, yekun olaraq diplomlar tanınır. Sərt etiraz etmişdim. Qınamışdım". 

Adalet.az xəbər verir ki, bunu iqtisadçı ekspert Razi Abasbəyli deyib. 

"Mənə çox sərt cavab yazmışdı. Məni savadsızlıqda ittiham etmişdi. Zaman o zaman idi ki, 12 illik Türkiyə attestatı ilə dünyanın bir çox universitetlırindən qəbul almışdıq. Nəysə. Xaricdə təhsilin a-dan z-yə hər detalını incələmişdim. Dövlət Proqramına düşən "nəvələrin", "qardaşların", "baldızların" kim olduğunu bilirdim. Britaniyadan, İtaliyaya, Almaniyadan, Yaponiyaya qədər qəbullarımız var idi. Amma yenə yaşam xərci dərdimiz oldu və yenə "Hər şey gözəl oldu!". 
Amma Kamran Əsədov savadlı təhsil marketinqini həyata keçirə bildi. "Ekspert" oldu. Efirləri boyladı. 
Kamran Əsədov savadlı adam idi axı... Tam səmimi deyirəm adam "işini" bilən adamdır", - deyə o, bildirib. 

Qeyd edək ki, tanınmış təhsil eksperti Kamran Əsədova cinayət işi açılıb. O, abituriyentlərə imtahanda cavabları ötürməkdə ittiham olunur. 

Vasif