adalet.az header logo
  • Bakı -°C
13 Dekabr 2025 16:51
113
DÜNYA
A- A+

Ərdoğan: Türkiyə ordusunun Qəzzaya göndərilməsi...

Hazırda Türkiyə Silahlı Qüvvələrinin Qəzzaya göndərilməsi və mümkün xarici sabitləşdirici missiyada iştirakı ilə bağlı Ankaraya hər hansı rəsmi müraciət daxil olmayıb.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türkmənistan səfərindən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

"Bu məsələ ilə bağlı bizə hələlik heç bir təklif və ya müraciət edilməyib. Yalnız bu mövzuda müəyyən görüşlərin keçiriləcəyi barədə söz-söhbətlər eşidirik. Əgər bu cür görüşlər sülh naminə təşkil olunarsa, biz istənilən vaxt iştirak etməyə hazırıq",- o bildirib.