“Onlara silah göndərdik, amma kürdlər özlərinə götürdülər” - Tramp
ABŞ Prezidenti Donald Tramp “Fox News”a verdiyi müsahibədə İran daxilindəki müxalif qüvvələri silahlandırmağa çalışdıqlarını etiraf edib.
Adalet.az xəbər verir ki, Amerika lideri İrandakı müxalifətə çox sayda yüngül silah göndərildiyini, lakin bu prosesin uğursuzluqla nəticələndiyini bildirib.
Trampın sözlərinə görə, silahlar kürd qruplaşmaları vasitəsilə göndərilsə də, yük mənzil başına çatmayıb:
“İranlı müxalifətçilərə silah göndərdik, amma kürd yaraqlıları bu silahları İrana təhvil vermədilər, özlərinə götürdülər”.
Ağ Ev rəhbəri həmçinin Tehranın hərbi potensialı barədə ciddi iddialar irəli sürüb. O, İranın Avropaya və ABŞ-yə çata biləcək uzaqmənzilli raketlərin kütləvi istehsalına başladığını və heç kimin mövcudluğuna inanmadığı xüsusi silah növləri hazırladığını qeyd edib. Tramp maraqlı bir iddia ilə çıxış edərək bildirib ki, ABŞ Silahlı Qüvvələri artıq bu silahların bəzi nümunələrini İslam Respublikasından əldə edə bilib.
Xatırladaq ki, fevralın 28-dən etibarən ABŞ və İsrail İrana qarşı genişmiqyaslı hərbi əməliyyat keçirirlər.
Qeyd edək ki, bir qədər əvvəl devrilmiş şahın oğlu Rza Pəhləvi də ABŞ-ni İrana “humanitar müdaxilə” etməyə çağırmışdı.
Digər Xəbərlər
05 Aprel 2026 20:20
Hakan Fidan Suriyada əş-Şaraa və Zelenski ilə görüşdü
05 Aprel 2026 15:38
İsveçdə Epşteyn işinin araşdırılmasından imtina edildi
05 Aprel 2026 10:00
Pezeşkian Qızıl Aypara Cəmiyyətinə təşəkkür edib
05 Aprel 2026 09:23
İran səmasında daha bir pilotsuz təyyarə vurulub - SEPAH
04 Aprel 2026 19:50
ABŞ Qasım Süleymaninin qardaşı qızı və nəvəsini həbs edib
04 Aprel 2026 19:35
Türkiyə Ukraynada sülh üçün səylərini davam etdirir - Ərdoğan
04 Aprel 2026 19:30
"İranın 48 saat vaxtı qalıb" - Tramp
04 Aprel 2026 18:07


Bakı -°C

