Nihat Məmmədli gümüş medala sahib çıxdı
Azərbaycanın yunan-Roma güləşçisi Nihat Məmmədli Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında gümüş medal qazanıb.
Adalet.az xəbər verir ki, 63 kq çəki dərəcəsində mübarizə aparan idmançı finalda Ermənistan təmsilçisi Karen Aslanyanla üz-üzə gəlib.
Rəqibinə məğlub olan N.Məmmədli gümüş mükafatla kifayətlənib. Azərbaycan güləşçisi 2024-cü ildə Tiranada keçirilən dünya çempionatında qızıl mükafata sahib çıxıb.
Bu gün digər yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) üçüncü yer uğrunda görüşə çıxacaq.
Xatırladaq ki, mundial noyabrın 1-də başa çatacaq. Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl medal qazanıb.
Digər Xəbərlər
30 Oktyabr 2026 21:40
Prezidentin sosial media hesablarında final matçından paylaşım edildi - FOTOLAR
30 Oktyabr 2026 20:00
İlham Əliyev mükafatlandırma mərasimində - VİDEO
30 Oktyabr 2026 19:30
Prezident oyunu stadiondan izlədi - VİDEO
30 Oktyabr 2026 19:02


Bakı -°C

