"Neftçi" "Qarabağ"ı məğlub edib, "Sabah" çempionluğunu rəsmiləşdirdi
"Sabah" Misli Premyer Liqasında çempionluğunu rəsmiləşdirib.
Adalet.az xəbər verir ki, bu, XXI turundan təxirə salınmış oyunda "Neftçi"nin "Qarabağ"ı məğlub etməsi ilə reallaşıb.
"Palms Sports Arena"dakı qarşılaşma "ağ-qaralar"ın qələbəsi ilə yekunlaşıb - 2:1.
Meydan sahiblərindən 55-ci dəqiqədə Emil Səfərov, 90+2-ci dəqiqədə Bassala Sambu fərqlənib. 85-ci dəqiqədə komandanın müdafiəçisi Elvin Bədəlov avtoqol müəllifi olub.
Xallarının sayını 47-yə çatdıran "Neftçi" dördüncü pilləyə yüksəlib.
29 oyundan sonra 59 xalla ikinci sırada yer alan "Qarabağ"ın 72 xalla lider olan "Sabah"a çatmayacağı dəqiqləşib.
Beləliklə, "Sabah" tarixində ilk dəfə Azərbaycan çempionu olub.
Xatırladaq ki, "Qarabağ"a 18 oyundur qalib gələ bilməyən "Neftçi" sonuncu qalibiyyətinə 2021-ci ildə nail olmuşdu.
Digər Xəbərlər
01 May 2026 00:04
FİFA İranla bağlı qərarını verdi
30 Aprel 2026 23:00
Həmişə çempion olası deyilik - Qurban Qurbanov
30 Aprel 2026 18:19
Prezidentin güləşçilərlə görüşündən VİDEO
30 Aprel 2026 18:16
UEFA ləğv olunan penalti qərarına aydınlıq gətirdi
30 Aprel 2026 13:00
Azərbaycanın U-17 millisi Pakistan yığmasına qalib gəldi
30 Aprel 2026 12:45
"Bu ənənələri yaşadırıq" - İlham Əliyev
30 Aprel 2026 12:36
Prezident çempion olan güləşçiləri qəbul etdi - YENİLƏNİB + FOTOLAR
30 Aprel 2026 11:30


Bakı -°C

