Naxçıvanda icra başçılarını Prezident təyin edəcək

Naxçıvanda icra başçılarını Prezident təyin edəcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılan “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Konstitusiya qanununun layihəsində öz əksini tapıb.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikasında yerli icra hakimiyyətləri başçıları Naxçıvan MR Ali Məclisi sədrinin təqdimatı əsasında Azərbaycan Prezidenti tərəfindən vəzifəyə təyin ediləcək.
Layihəyə əsasən, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri səlahiyyətləri sırasına Naxçıvan MR-də yerli icra hakimiyyətləri başçılarının vəzifəyə təyin edilməsinə dair Azərbaycan Prezidentinə təqdimat vermək daxil edilir.
Qanun layihəsi səsverməyə qoyularaq III oxunuşda qəbul edilib.
Digər Xəbərlər

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edildi

Multikulturalizm Mərkəzinin icraçı direktoru Misirdə beynəlxalq konfransda çıxış edib

İldırım Vəliyevə III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verildi

Bu qaydalar təsdiqləndi

Komitə sədri vətəndaşların müraciətlərini dinlədi

Pakistan Milli Assambleyasının sədri "ASAN xidmət"də

Polis motokuryerlərə nəzarəti gücləndirdi - VİDEO
