Möminə xatun türbəsinin bərpasına başlanıldı

Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
Adalet.az xəbər verir ki, Azərbaycan milli memarlığının möhtəşəm abidəsi və Şərq memarlığının incilərindən biri olan Möminə xatun türbəsinin bərpası istiqamətində işlərə başlanılıb.
Naxçıvan Muxtar Respublikasının (MR) Mədəniyyət Nazirliyi ilə “Atelier Erich Pummer GmbH” şirkəti arasında imzalanmış müqaviləyə əsasən, şirkətin işçi qrupu avqustun 5-də Naxçıvana gəlib.
Şirkət tərəfindən ilkin olaraq ərazidə müvafiq infrastruktrun qurulması işlərinə başlanılıb.Abidənin tarixiliyi qorunub saxlanılmaqla ilkin formaya uyğun bərpa ediləcək.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 22-də “Naxçıvan şəhərində yerləşən Möminə xatun türbəsi dünya əhəmiyyətli tarix-memarlıq abidəsinin bərpası və konservasiyası ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
Digər Xəbərlər

Leyla və Arzu Əliyevalar Müasir İncəsənət Muzeyində - VİDEO

Qarabağda daha 44 abidə reyestrə daxil edilib – RƏSMİ

Türkiyənin Qara dəniz bölgəsində 3 məşhur turizm marşurutu – FOTOLAR

Aida Tağızadə vəfat etdi
jpg-1754322295.jpg)
Yemək bizim, şirniyyat bizim, vilayət bizim , amma...- “Navasard” festivalı

Bu gün Azərbaycan kinosunun yaranma günüdür

Xalq artisti Arif Babayev Cabir Abdullayevə nə tapşırıb? - Vəsiyyət
