Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyə səfirliyində - FOTOLAR

Mətbuat Şurasının İdarə Heyətinin üzvləri Türkiyənin Azərbaycandakı səfirliyində olublar.
Şuradan Adalet.az-a verilən xəbərə görə, 15 iyun Milli Qurtuluş Günü və Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə səmimi təbriklərini çatdıran səfir Birol Akgün Azərbaycan və Türkiyə dövlətləri arasında 2021-ci ildə imzalanmış Şuşa Bəyannaməsinin tarixi əhəmiyyətinə diqqət çəkib.
O, hər iki ölkənin media əməkdaşlığının dərinləşdirilməsi istiqamətindəki planlar barədə də məlumat verib.
MŞ sədri Rəşad Məcid səfir Birol Akgünə səmimi qəbula görə təşəkkürünü bildirib, görüşün faydalı fikir mübadiləsinin aparılması baxımından əhəmiyyətli olacağına əminliyini vurğulayıb. Şura sədri Milli Qurtuluş Gününün xalqımızın taleyindəki rolundan, Şuşa Bəyannaməsinin gələcək onilliklər üçün yol xəritəsini müəyyən edən müstəsna sənəd kimi əhəmiyyətindən söz açıb. O, eyni zamanda, Azərbaycan və Türkiyənin media həmrəyliyinin möhkəmləndirilməsinin vacibliyinə toxunub.
MŞ İdarə Heyətinin üzvləri Azərbaycanın və Türkiyənin media gündəminə dair spesifik məqamlarla bağlı fikirlərini açıqlayıb, suallarını ünvanlayıblar. Xüsusən, Türkiyənin bəzi media orqanlarında iki qardaş ölkə arasında etimada xələl gətirməyə hesablanmış yazıların yolverilməzliyi vurğulanıb, belə hallara qarşı birgə mübarizənin vacibliyi üzərində dayanılıb. Görüşdə əməkdaşlığın perspektivləri, o cümlədən, informasiya mübadiləsinin daha da gücləndirilməsi yolları və mövcud istiqamətdə həyata keçirilməsi nəzərdə tutulan gələcək fəaliyyət müzakirə edilib.
Digər Xəbərlər

“Saxta xəbər və dezinformasiyaya qarşı mübarizədə jurnalistikanın gücü” mövzusunda təlim keçirilib - FOTOLAR

“150 ilin söhbəti” kitabı işıq üzü görüb - FOTOLAR

Xankəndi, Xocalı və Ağdərədə teleradio yayımının təşkili müzakirə olundu

Media tədqiqatçıları Naxçıvanda tələbələrlə görüşdü - FOTOLAR

Əhməd İsmayılov: Bu konfrans Azərbaycan mediası üçün mühüm praktik əhəmiyyət daşıyacaq

Azərbaycanda "Euronews Academy” fəaliyyətə başlayır

Naxçıvan televiziyası peyk yayımına başladı
