17 Iyun 2025 18:21
286
DÜNYA

İran televiziyasının baş ofisində yenidən yanğın başlayıb

İranın dövlət televiziyasının Tehrandakı baş ofisində yenidən yanğın baş verib.

Adalet.az xəbər verir ki, bundan əvvəl İranın dövlət televiziyası olan IRIB iyunun 16-da İsrailin hücumuna məruz qalıb. Bundan sonra efirə müdaxilələr başlayıb və görüntülər pozulub. Şirkətin məlumatına görə, bina ən azı dörd dəfə vurulub. IRIB-nin üç əməkdaşı həlak olub.