08 Oktyabr 2025 22:00
379
DÜNYA

Bu ölkədə skuterlər qadağan edildi

Tacikistanın paytaxtı Düşənbədə 2030-cu ilə qədər adi və elektron skuterləri yollarda və piyadalar üçün nəzərdə tutulmuş ərazilərdə qadağan edilib.

Adalet.az xəbər verir ki, qərar şəhər Xalq Deputatları Məclisinin qərarı əsasında qəbul edilib. Qadağanın skuter və elektron skuterlərin iştirakı ilə baş verən qəzaların sayını azaltmaq, nəqliyyatın hərəkətində fasilələrin qarşısını almaq və bütün hərəkət iştirakçılarının hüquq və mənafelərini qorumaq məqsədi daşıdığı bildirilir.

"Məhdudiyyət bu cür nəqliyyat vasitələrinin təhlükəsiz istismarı üçün lazımi infrastruktur yaradılana qədər qüvvədə qalacaq", - məlumatda deyilir.