Məmmədli kəndində heyvan bazarı fəaliyyətə başlayıb
Abşeron rayonunun Məmmədli kəndində yerləşən heyvan bazarının biotəhlükəsizlik, həmçinin müasir standartlara uyğun yenidənqurma və abadlaşdırma işlərindən sonra fəaliyyətinə icazə verilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, bazarın giriş-çıxış qapısında dezbaryerlər quraşdırılıb, baytarlıq nəzarəti zamanı xəstəlik əlamətləri aşkar edilən heyvanların digər heyvanlardan təcrid olunaraq saxlanılması məqsədilə xüsusi izolyatorlar tikilib.
Bazar ərazisi asfaltlanıb, heyvanların rahat və təhlükəsiz hərəkəti üçün rampalar və çardaqlar quraşdırılıb, həmçinin baytar həkiminin nəzarəti üçün məntəqə tikilib. Aparılan qiymətləndirmə nəticəsində heyvan bazarında bioloji təhlükəsizlik və dövlət baytarlıq nəzarətinin həyata keçirilməsi üçün zəruri şəraitin yaradıldığı müəyyən edilib.
Xatırladaq ki, bundan əvvəl Bərdə, Göygöl, Salyan, Göyçay, Şamaxı, İmişli, Ağcabədi, Beyləqan, Biləsuvar, Kürdəmir, Masallı və Ağsu rayonlarındakı heyvan bazarları fəaliyyətə başlayıb.
Digər Xəbərlər
26 May 2026 21:04
Leyla Əliyeva “Yaşıl çay” fermer təsərrüfatında - FOTOLAR
26 May 2026 20:00
Prezidentin qızları şəhid Ülfət Babazadənin evində - FOTOLAR
26 May 2026 19:00
Azərbaycanda intensiv yağıntılar sürüşmə riskini artırdı
26 May 2026 18:40


Bakı -°C

