17 May 2025 20:25
302
DÜNYA

Makron özünü Ərdoğanla görüşdə alçalmış duruma salıb

Fransada "Patriotlar" Partiyasının lideri Florian Filippo ölkə prezidenti Emmanuel Makronun Tiranada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla söhbəti zamanı alçaldıldığını deyib.

Adalet.az xəbər verir ki, o, bu barədə "X"də yazıb.

"Makron özünü Ərdoğana ağıllı göstərmək istədi, amma alçaldı", - o bildirib.

Hadisə Avropa Siyasi Birliyinin Tiranada keçirilən toplantısı zamanı kameraya düşüb. Makron masa arxasında əyləşən Ərdoğana yaxınlaşaraq əlini Türkiyə liderinin əlinin üstünə qoyub. Ərdoğan cəld əlini çəksə də, Makronun iki barmağından yapışıb. Fransa prezidenti bir barmağını Ərdoğanın ovcundan çıxara bilib. Türkiyə lideri gülümsəyərək oturduğu yerdən qalxmadan Makronun digər barmağını ən azı on saniyə saxlamağa davam edib.

Liderlər, nəhayət, tərcüməçi vasitəsilə qısa söhbətlərini yekunlaşdırıblar. Bundan sonra Ərdoğan Makronun əlini sığallayıb və Fransa lideri kənara çəkilib.