Putin Uitkoffla görüşdən imtina etdi

Rusiya Prezidenti Vladimir Putin ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff ilə görüşdən imtina edib.
Adalet.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Nəşrin mənbələrinə görə, Rusiya rəsmiləri Stiven Uittkoffa bildiriblər ki, Putin Ukrayna və Avropanın iştirakı ilə hazırlanan sülh planını müzakirə etmək niyyətində deyil. Bununla Uitkoff Putinlə növbəti görüşü təxirə salıb.
Qeyd edək ki, Ukraynadakı münaqişənin sülh yolu ilə həlli üçün 22 maddəlik plan hazırlanıb. Bu planın Putinlə müzakirəsi gözlənilirdi.
Digər Xəbərlər

İtaliyadan Ukraynaya 3 milyardlıq hərbi YARDIM

Putin və Zelenskiyə zəng edəcəyini AÇIQLADI

Makron özünü Ərdoğanla görüşdə alçalmış duruma salıb

Lavrovla Rubio Rusiya-Ukrayna danışıqlarını müzakirə edib

Zaxarova: İstanbuldakı danışıqlarda bütün konstruktiv təklifləri Rusiya irəli sürüb

Ərdoğanla Makronun bədən dili gündəm oldu - VİDEO

"İran nüvə nailiyyətlərindən əl çəkməyəcək" - Pezeşkian
