adalet.az header logo
  • Bakı -°C
03 Noyabr 2025 09:42
104
DÜNYA
A- A+

"Maduronun sayılı günləri qalıb" - Tramp

ABŞ prezidenti Donald Tramp Venesuela prezidenti Nikolas Maduronun günlərinin sayılı olduğunu bəyan edib.

Adalet.az xəbər verir ki, Tramp CBS-nin “60 Minutes” verilişində sualları cavablandırıb. 

Belə ki, ABŞ-nin Venesuela ilə müharibə edib-etməyəcəyi ilə bağlı suala Tramp, "Mən buna şübhə edirəm, düşünmürəm. Amma onlar bizimlə çox pis rəftar edirlər, təkcə narkotiklə deyil, yüz minlərlə insanı həbsxanalarından, psixi sağlamlıq müəssisələrindən ölkəmizə buraxıblar. Biz bunu istəmirik".

Tramp “Venesuela ilə bağlı problem narkotikdir, yoxsa Maduronun gedişi?” sualından yan keçib. Lakin o,  “Maduronun günləri bitibmi?” sualına “Bəli, mən belə deyərdim” cavabını verib.